...

Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir - ATƏT-in Baş katibi

Siyasət Materials 25 Aprel 2025 14:59 (UTC +04:00)
Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir - ATƏT-in Baş katibi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz bölgəsi ATƏT-in gündəliyində duran mühüm regionlardan biridir.

Trend xəbər verir ki, bunu aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Feridun Sinirlioğlu təbrikə görə təşəkkürünü bildirdi. Qonaq Cənubi Qafqaz bölgəsinin ATƏT-in gündəliyində duran mühüm regionlardan biri olduğunu vurğuladı.

ATƏT-in Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd etdi.

Qonaq ATƏT-in Azərbaycanla həyata keçirdiyi əməkdaşlıq layihələrinə toxundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti