...

Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər (FOTO)

Siyasət Materials 15 May 2025 18:45 (UTC +04:00)
Azərbaycan təyyarələri beynəlxalq təlimdə "fil yürüşü" ediblər (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2025” ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.

Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə "fil yürüşü" ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.

Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti