...

Döyüş hazırlığı üzrə məşqlər keçirilib (VİDEO)

Siyasət Materials 20 May 2025 15:27 (UTC +04:00)
Döyüş hazırlığı üzrə məşqlər keçirilib (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.

Təlim çərçivəsində praktiki atışlar icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti