Bakı. Trend:
Milli Məclisin deputatları - NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün mayın 21-də ABŞ-nin Ohayo ştatının Dayton şəhərinə səfər edəcəklər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sessiya çərçivəsində seçkilərin kibertəhlükəsizliyinin gücləndirilməsi, transatlantik tərəfdaşlığa çağırış, cari və gələcək təhdidlərlə mübarizə, Dayton sazişlərinin imzalanmasının 30 illiyi və digər mövzularda müzakirələr aparılacaq.
Qeyd edilib ki, səfər mayın 29-da başa çatacaq.