...

Regional və qlobal məsələlərdəki mövqeyimizi TDT olaraq bir səslə ortaya qoymalıyıq - Hakan Fidan

Siyasət Materials 21 May 2025 11:49 (UTC +04:00)
Regional və qlobal məsələlərdəki mövqeyimizi TDT olaraq bir səslə ortaya qoymalıyıq - Hakan Fidan
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Türk Dövlətləri Təşkilatı xaricində ortaq şəkildə müəyyən edəcəyimiz ölkələrlə TDT Plus formatında bir araya gəlməyimiz təşkilatımızın təsir dairəsini genişləndirəcək.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə Xarici işlər Naziri Hakan Fidan Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri şurasının iclasında deyib.

O bildirib ki, bunu dünən bəzi dostlarımızla müzakirə etməyə imkan tapdım, bəziləri ilə isə müzakirə edə bilmədim.

"Bir çox beynəlxalq və regional təşkilatlar "plus" formatlı görüşlər keçirir. Bizim də artıq bu toplantını keçirməyimizin vaxtı gəlib çatıb.

Bu təşəbbüs, eyni zamanda təşkilatımızın çoxtərəfli diplomatiyada rolunu da gücləndirəcəkdir. Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda TDT-nin institusional təmsilçiliyini gücləndirərək ortaq baxışlarımızı daha geniş auditoriyalara çatdırmağımız mümkün olacaqdır. Beynəlxalq platformalarda hamımızı maraqlandıran regional və qlobal məsələlərdəki mövqeyimizi Türk dünyası olaraq bir səslə ortaya qoymalıyıq", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti