Budapeşt. Trend:
Türk dünyası üçün strateji vacib Qafqazlarda baş verən prosesləri yaxından izləyirik.
Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzərində razılaşmasından məmnunuq.
"İki ölkə arasında daimi sülh təsis ediləcəyi təqdirdə bu şübhəsiz ki, türk dünyamız üçün bir çox fürsəti gətirəcək. Bu nöqtədə müzəffər Prezident İlham Əliyevin regiona barış gətirəcək lider olaraq tarixə keçəcəyinə əminəm", - deyə o qeyd edib.