...

Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək

Siyasət Materials 22 May 2025 16:19 (UTC +04:00)
Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Trend xəbər verir ki, fərmana əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na dəyişiklik edilib.

Belə ki, tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti