Bakı. Trend:
2025-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı etdiyi paylaşımda qeyd edib.
"Hərtərəfli tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə aparılan danışıqlar, enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal əlaqəlilik sahələrində genişlənən əməkdaşlıq münasibətlərimizin dərinləşməsinə töhfə verir. Biz eyni zamanda Azərbaycanın yaşıl keçid və bərpa olunan enerji sahəsindəki təşəbbüslərini dəstəkləyirik. Ortaq dəyərlər və qarşılıqlı hörmətə əsaslanan bu tərəfdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqına sülh, rifah və dayanıqlı inkişaf arzulayırıq!", - Mixalko qeyd edib.