...

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir - Donald Tramp

Siyasət Materials 28 May 2025 18:18 (UTC +04:00)
ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir - Donald Tramp
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir.

Trend-in çərşənbə günü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp 28 May - Müstəqillik Günü münasibətilə prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

"Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti