...

Azərbaycan mediası ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçiririk - Beynequl Abauova

Siyasət Materials 30 May 2025 12:03 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Naxçıvan.Trend:

İki ölkə arasındakı ümumi mədəniyyətə, mənəvi dəyərlərə və dərin tarixi köklərə əsaslanan dostluq əlaqələri böyük əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu “MEDİAFEST-2025”ə ünvanladığı videotəbrikdə Qazaxıstan televiziyasının Xəbərlər Departamentinin direktoru Beynequl Abauova bildirib.

“Məlum olduğu kimi, qədim Naxçıvan şəhərində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunur. Hörmətli həmkarlarımı ürəkdən təbrik edir və bu əlamətdar “MEDİAFEST” tədbirinin keçirilməsində onlara uğurlar diləyirəm”.

Beynequl Abauova təbrikində qeyd edib: “İki ölkə arasındakı ümumi mədəniyyətə, mənəvi dəyərlərə və dərin tarixi köklərə əsaslanan dostluq əlaqələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan mediası ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçiririk. İnanıram ki, Azərbaycan mediası gələcəkdə də bütün dünyaya öz gücünü nümayiş etdirməyə davam edəcək. Sizə yaradıcılıq yüksəlişi və uğurlar arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti