Bakı. Trend:
Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibə verib.
Onun müsahibə zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.
Belə ki, Vladimir Medinski şovinist, dayaz düşüncəli, Rusiyanı imperialist müharibələrə sürükləyənlərdən şəxslərdən biridir. Onun iddiasının əleyhinə olaraq, Qarabağ heç vaxt mübahisə predmeti olmayıb. Rusiyanın özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Medinskinin bu dayaz iddialarıyla bağlı siyasi şərhçi Tural İsmayılov Trend-ə bildirib ki, onun Qarabağın guya "mübahisəli ərazi" olması barədə verdiyi bəyanat tamamilə qəbuledilməz, tarixi və hüquqi reallıqlardan uzaq, siyasi manipulyasiyadır.
“Medinski açıq-aşkar şəkildə Rusiya diplomatiyasının neytrallıq
prinsipini pozur və revanşist dairələrin dili ilə danışır.
Qarabağ Azərbaycan torpağıdır və bu, BMT qətnamələri və beynəlxalq
hüquqla tanınmış faktdır. Onun səsləndirdiyi "fikir" 2020-ci il 10
noyabr bəyanatına da ziddir. Medinski ya regionla bağlı
məlumatsızdır, ya da bilərəkdən təxribatçı ritorika aparır. O,
tarixçi olsa da tarixdən görünür ki, ya xəbərsizdir, ya da onu
saxtalaşdırmağa çalışır. Qarabağ məsələsi 2020-ci ildə hərbi-siyasi
baxımdan həll olunub və indi bu məsələni "mübahisəli" kimi təqdim
etmək yalnız destruktiv məqsədlərə xidmət edə bilər. Bu cür
bəyanatlar sülh prosesinə və regionun sabitliyinə zərbə vurur".
T.İsmayılov qeyd edib kim Medinski öz ritorikasında imperiya nostalgiyası ilə davranaraq Cənubi Qafqazın geosiyasi reallıqlarını inkar edir.
"Onun sözləri Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmaq potensialına malikdir. Diplomatik post tutan şəxs bu qədər məsuliyyətsiz açıqlamalar verməməlidir. Onun bu bəyanatı Ermənistanı yenidən ümidləndirmək və revanşist ritorikanı alovlandırmaq məqsədi daşıyır. Azərbaycan cəmiyyətində bu cür fikirlər yalnız qəzəb və narahatlıq doğurur. Medinski gərək başa düşə ki, artıq “mübahisə” dövrü deyil, post-münaqişə dövrüdür. Tarix saxtalaşdırmaqla deyil, həqiqəti qəbul etməklə yazılır – bunu bir tarixçi bilməlidir".
Siyasi şərhçi Əziz Əlibəyli isə Trend-ə bildirib ki, köhnə normativləri canlandırmaq məsələyə münasibətdə haradan baxsaq yolverilməzdir.
"Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. Qarabağ Azərbaycanın Beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu proses böyük bir uğurla yekunlaşdırılıb. Bu əvvəlcə aktual olan normativ idi. Amma indi onun meydana gətirilməsi yersiz analogiyadan başqa bir şey deyil. Bunun meydana gətirilməsində əsas səbəb Ermənistanda hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdırsa, belə bir arqument kimi bundan istifadə ədəbiyyatdan çıxsa yaxşı olar. Ümumiyyətlə Qarabağ Azərbaycanın daxili ərazisi kimi mövcuddur. Amma beynəlxalq siyasətdə hansısa konflikt predmeti kimi mövcud deyil.”
Ə.Əlibəyli qeyd edib ki, Qarabağ məsələsi haradan baxsaq separatizm məsələsidir:
"Bu ölkədən daxilində baş verən məsələ idi. Azərbaycan burada qalib gəldi. Rusiya-Ukrayna məsələsi isə iki müstəqil dövlət arasında baş verən və Rusiyanın işğalı ilə davam etdirilən təcavüz siyasətidir. Bu eyni məsələ kimi necə götürülə bilər?! Medinski Rusiya Ukrayna cəbhəsində savaş aparır amma Cənubi Qafqaz cəbhəsini də boş qoymuruq mesajını verirsə, bu məntiqlə qayıtması əlavə müharibələrə gətirib çıxarır. Prosesdə absurd olan Medinskinin bölgənin bir hissəsi ilə bağlı məlumatlı olub digər hissəsi ilə bağlı məlumatsız olmasıdır.”
Görünən odur ki, erməni şovinizminin, faşizminin arxasında duran da, onları silahlandıran da, müharibəni alovlandırıb Azərbaycan ərazilərinin işğalına şərait yaradan da elə Rusiyadır.
Tarixən Cənubi Qafqazda mövcud olmuş vəziyyət Rusiyanın parçala hökm sür siyasətinin tərkib hissəsi olub.
Nəzər salsaq görərik ki, ancaq rəsmi dairələrdə Rusiya münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edib, Lavrov kimi siyasətçilər rəsmi Moskvanın əsl niyyətlərini yaxşıca pərdələyiblər. Təbii ki, bu cür yanaşma, peşəkarlıq Medinski kimilərinin ağlının işi deyil.
2020 ci il müharibəsi Vətən müharibəsi olub və Medinskinin iddialarının əksinə olaraq, bu müharibə ancaq SSRİ nin alman faşizminı qarşı müharibəsi ilə müqayisə oluna bilər.