Bakı. Trend:
Milli Məclisin deputatı Əminə Ağazadə iyunun 15-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfər edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, deputat Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının “Qadınların inteqrasiyalı və əhatəli cəmiyyətlər üçün gücləndirilməsi: Körfəzdən Aralıq dənizinə” mövzusunda keçiriləcək Qadın Parlamentarilərin Forumunun ikinci sessiyasında iştirak edəcək.
Tədbirdə millət vəkilinin çıxışı nəzərdə tutulur.
Səfər iyunun 19-da başa çatacaq.