Bakı. Trend:
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, 2023-cü ilin mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Laçın şəhərinin Baş planı təqdim olunub.