...

Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır

Siyasət Materials 19 İyul 2025 18:20 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Xankəndi. Trend:

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”.

Xəbər lenti

Xəbər lenti