...

Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 24 İyul 2025 12:32 (UTC +04:00)
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib (YENİLƏNİB) (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin geniş tərkibdə görüşü keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

"BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq da vurğulanıb.

Bu və son yüksək səviyyəli səfərlər və imzalanmış sazişlər ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir", - XİN-dən bildirilib.

xxx

11:57

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparırlar.

Xəbər lenti

Xəbər lenti