Bakı. Trend:
Biz dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən olduqca məmnunuq.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə bu gün Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bundan əvəl baş tutan qarşılıqlı səfərləri və razılaşdırılan sazişlərdən söz açıb:
“Ötən aylarda da bir çox qarşılıqlı səfərlər olub.
Uzun illər ərzində beynəlxalq təşkilat çərçivəsində iki ölkə arasında çox faydalı qarşılıqlı hörmət əsasında münasibətər inkişaf edir.
Uzun illər ərzində Somali Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaradılan təmas qrupunun üzvüdür. Azərbaycan Somalinin ərazi bütövlüyünə və suverenliyinə hər zaman öz dəstəyini əsirgəməyib.
Somalidən olan dostlarımız Qoşulmama Hərəkatındakı fəaliyyətimizə öz dəstəklərini göstəriblər.
Ötən ik Azərbaycanın COP29 prezidentliyi kontekstində də çox sıx tərəfdaşlıq olub.
Ötən ik çoxrəqabətli şəkildə BMT-nin TŞ-nin 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə seçilən seçkilərdə qalib gəlib. Azərbaycan da birmənalı şəkildə öz dəstəyini göstərib”.