...

Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə kömək göstərməyə hazırdır - Nazir

Siyasət Materials 24 İyul 2025 13:00 (UTC +04:00)
Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə kömək göstərməyə hazırdır - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə kömək göstərməyə hazırdır.

Trend xəbər verir ki, bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

"Çox məhsuldar görüşümüz oldu. İkinci dəfədir ki, biz Bakıda görüşürük. Azərbaycan xalqına qonaqpərvərliyinə görə çox təşəkkür edirəm.

Bu ilin əvvəlində Somali Prezidenti Azərbaycana səfər etmişdi. Nümayəndə heyəti Anlaşma Memorandumu imzalamaq üçün Bakıya gəlmişdi.

Həmkarımla təhsil sahəsinə dair müzakirələr apardıq. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində çox yaxşı əlaqələrimiz mövcuddur. Strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Azərbaycanla turizm sahəsində əməkdaşlığı genişləndirməyi arzu edirik.

Azərbaycan neft ehtiyatları ilə məşhurdur. Azərbaycan neft və enerji sektorunu genişləndirməkdə Somaliyə köməklik göstərməyə hazırdır.

Somali Prezidenti burada olanda ASAN Xidmətə baş çəkmişdi. Bu, fövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi üçün çox böyük potensialdır. Bizə dəstək göstərilir ki, öz ölkəmizdə də bu xidməti göstərə bilək", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti