...

Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 2 Noyabr 2025 11:19 (UTC +04:00)
Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müxtəlif ölkələrin dövlət, hökumət və parlament rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi salamlama nitqi söyləyib.

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt mövcuddur.

Xəbər lenti

Xəbər lenti