...

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Siyasət Materials 11 Noyabr 2025 17:45 (UTC +04:00)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti