Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kanadanın xarici işlər nazirinin parlament katibi Robert Olifant ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.
Məlumata əsasən, görüş Vyanada keçirilən ATƏT-in Nazirlər Şurası çərçivəsində olub.
Görüşdə ikitərəfli əməkdaşlıq, regional proseslər və ATƏT çərçivəsində ortaq prioritetlər müzakirə olunub.
