Bakı.Trend:
Sovet işğalına qarşı Zəngəzur və Qarabağda bəzi ermənilər ilə azərbaycanlılar arasında birlik yaranmışdı. Lakin sonradan erməni-bolşevik yaxınlaşması və Zəngəzurda Monteneqro hərəkatı adlandırılan silahlı dəstə ilə əməkdaşlıq nəticəsində bu birlik dağıdılıb.
Trend xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransın panel müzakirəsindəki çıxışı zamanı fransalı tarixçi Maxime Gauin deyib.
O bildirib ki, 1987-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı Ermənistandan qovulub:
"1988-ci ilin fevralına qədər bu rəqəm 40 minə qədər yüksəlib. Daha sonra Azərbaycanda baş vermiş iğtişaşlar, Ermənistan tərəfindən təşkil olunan müəyyən dairələr – xüsusilə erməni mafiyasının bəzi qolları və Sovet milisinin nümayəndələri – tərəfindən şişirdilərək, diqqətin Ermənistanda baş verən hadisələrdən yayındırılmasına yönəldilib".
Tarixçi vurğulayıb ki, nəticədə azərbaycanlılara qarşı hücumlar artıb və qovulmalar sürətlənib.
"Ermənistanda fəaliyyət göstərən jurnalist Vladimir Baxçinyan qeyd edirdi ki, Ermənistanın rəhbərliyində təmsil olunan bəzi şəxslər açıq şəkildə azərbaycanlıların tamamilə məhv edilməsini və qovulmasını zəruri saydıqlarını bildirirdilər. 1988-ci ilin sonuna qədər isə bir sıra kiçik rayonlarda bütün azərbaycanlılar öldürülüb və qovulub".
