Bakı. Trend:
Dünyada 36 azərbaycanlı tələbə hazırda İsveç hökumətinin təqdim etdiyi magistratura təqaüdündən yararlanır. Bu isə məni İsveç vətəndaşı kimi qürurlandırır.
Trend xəbər verir ki, bunu bu gün İsveçli rejissor Mikael Silkeberg Sajid Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa va sülhə aparan yol kimi" mövzusunda keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, İsveçlə Azərbaycan arasında münasibətlər çoxlarının düşündüydən də dərindir:
“Dünyada yeganə Nobel qardaşlarının ev muzeyi Azərbaycanda, Bakıdadır”.
O əlavə edib ki, Azərbaycanın mədəni irsi vaxtilə məhv edilmişdi, lakin Cənubi Qafqazda sülh danışıqları yeni qapılar açır.
