...

Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammitində iştirak edir (FOTO)

Siyasət Materials 9 Dekabr 2025 09:51 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammitində iştirak edir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesinin ən böyük “Bridge” sammitində iştirak edir.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentiyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, Sammit çərçivəsində media, rəqəmsal məzmun istehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmış materiallar, generativ alətlər, qarışıq reallıq, məlumatların gələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrə tədbirlər, həmçinin sərgilər təşkil olunacaq.

Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri olmaqla, ümumilikdə 60 mindən çox qonağın iştirakı nəzərdə tutulur. Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiya liderlərinin və influenserlərin çıxışı gözlənilir.

Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etmək, qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti