...

Azərbaycanın dövlətçilik salnaməsi inanc və vicdan azadlığına hörmət, sadiqlik prinsiplərinə söykənir - Komitə sədri

Siyasət Materials 24 Dekabr 2025 10:20 (UTC +04:00)
Azərbaycanın dövlətçilik salnaməsi inanc və vicdan azadlığına hörmət, sadiqlik prinsiplərinə söykənir - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

“Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür”, - deyə o bildirib.

R.Məmmədov vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir:

“Birmənalı şəkildə deyə bilərik ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyük siyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpa etmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhz milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır.

Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən, ardıcıl və prinsipal xarakter daşıyır.

Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə təmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki, din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət dinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabər hüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdan azadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariz nümunəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti