...

Türkiyə Ermənistanla münasibətlərdə daim Azərbaycanla koordinasiyalı fəaliyyət göstərib - Nazir

Siyasət Materials 26 Dekabr 2025 16:01 (UTC +04:00)
Türkiyə Ermənistanla münasibətlərdə daim Azərbaycanla koordinasiyalı fəaliyyət göstərib - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ermənistanla münasibətlərdə bütün zamanlarda Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Trend xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, hələ aylar öncə Türkiyədən Ermənistana uçuşların olması ilə bağlı Türkiyə tərəfinin Azərbaycanla təmasları olmuşdu:

"Bu bizim üçün yenilik deyil, ictimaiyyətə açıqlanmazdan əvvəl biz bu barədə məlumatlı idik. Hakan Fidan da bildirmişdi ki, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan-Ermənistan münasibətlərinə bağlıdır. Azərbaycan-Türkiyə münasibəti bənzəri olmayan münasibətdir. Bunun əsasında tarixi bağlar, dostluq və iki ölkə lideri arasındakı münasibətlər dayanır".

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də bu fəaliyyət koordinasiyalı şəkildə davam etdirilir.

"Türkiyə Azərbaycan üçün qardaş dövlətdir və müttəfiqdirlər", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti