...

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib - SƏRƏNCAM

Siyasət Materials 26 Dekabr 2025 16:38 (UTC +04:00)
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib - SƏRƏNCAM
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti