Bakı.Trend:
Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı 2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər.
İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimi başlamış və Sudan xalqının inqilabın məqsədlərinə nail olmaq istiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirib.
Təxminən 3 il davam edən faciəvi vətəndaş müharibəsindən və
mülki keçid hökumətinin devrilməsindən 5 il keçməsindən sonra
Sudanlıların əsas arzuları müharibənin dərhal dayandırılması və
ekstremizm, terrorizm və əvvəlki rejimlərin dağıdıcı
siyasətlərindən azad, demokratik mülki dövlətin qurulmasına
yönəlmişdir.
Birləşmiş Ərəb Əmirlikləri sarsılmaz mövqeyini bir daha
təsdiqləyir:
1. Dərhal və qeyd-şərtsiz atəşkəsin elan edilməsi;
2. Humanitar yardımın təcili, təhlükəsiz və maneəsiz şəkildə
çatdırılmasının təmin edilməsi;
3. Müharibə aparan tərəflərin heç biri tərəfindən nəzarət
olunmayan, Sudanlıların təhlükəsizlik, sabitlik və sülhə dair
arzularını reallaşdıracaq mülki rəhbərlik tərəfindən müstəqil
siyasi keçidin həyata keçirilməsi;
4. Sudan xalqının maraqlarını ali prioritet hesab edən və ABŞ-ın
rəhbərlik etdiyi Kvartetlə (Quad) birgə işləmək öhdəliyi.
Qeyd edilməlidir ki, Afrika İttifaqı Port Sudan Administrasiyasının (PSA) legitimliyini tanımır. PSA-nın son dövrlərdə yayınma və təbliğat xarakterli fəaliyyəti müəyyən ekstremist aktorların və şəbəkələrin əsas milli institutlara təsir göstərmək cəhdləri ilə bağlı narahatlıqlar yaradır.
Həmçinin, aşağıdakı keçidə müraciət edilməsi tövsiyə olunur. Bu, CNN və Lighthouse Reports tərəfindən hazırlanmış birgə araşdırma hesabatıdır və PSA tərəfindən Sudanın Əl-Cəzirə ştatı üzrə mülki əhalini hədəf alan, etnik motivli kampaniyanı sənədləşdirilmiş sübutlarla ifşa edir.
BƏƏ-nin səyləri hər zaman ilk növbədə humanitar xarakter daşıyıb (2015–2025-ci illərdə BƏƏ Sudan Respublikasına 4,24 milyard ABŞ dolları həcmində yardım göstərmiş, 2023–2025-ci illərdə isə 784 milyon ABŞ dolları məbləğində humanitar yardım töfhə vermişdir ki, münaqişə başlayandan bəri BƏƏ ABŞ-dan sonra Sudana ən böyük ikinci donor olub).
BƏƏ bu dağıdıcı vətəndaş müharibəsi dövründə Sudan xalqına qarşı hər iki vuruşan tərəfi- həm PSA-nın, həm də Sürətli Dəstək Qüvvələrinin (Rapid Support Forces) hərəkətlərini qətiyyətlə pisləməyə davam edir.
BƏƏ mülki şəxslərə qarşı törədilən zorakılığın və vəhşiliklərin dayandırılması üçün birləşmiş regional və beynəlxalq səylərin vacibliyini vurğulayır.
