Bakı. Trend:
İqtisadi əlaqələrin inkişafı və çoxsaylı müqavilələr barədə danışmaq imkanımız oldu. Ənənəvi olaraq enerji sahəsi əsas əməkdaşlıq istiqamətlərindən biridir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün İsrail Dövlətinin xarici işlər naziri Gideon Moşe Saarla birgə keçirdiyi mətbuat konfrasında deyib.
O bildirib ki, hazırda ölkəmizdə 124 İsrail şirkəti fəaliyyət göstərir və müxtəlif layihələr həyata keçirir.
"2025-ci ildə SOCAR ilk dəfə olaraq İsrailin Aralıq dənizindəki ən böyük layihələrindən birində 10 faizlik pay aldı. Artıq biz orada İsrailin nəhəng biznes layihəsində investor kimi çıxış edirik", - Ceyhun Bayramov vurğulayıb.
