...

Prezident İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib

Siyasət Materials 30 Yanvar 2026 13:04 (UTC +04:00)
Prezident İlham Əliyev İndoneziya Prezidentini Azərbaycana səfərə dəvət edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev indoneziyalı həmkarı Prabovo Subiantonu Azərbaycana rəsmi səfərə dəvət edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan dövlət başçısı İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbulu zamanı bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti