...

WUF13 çərçivəsində dünyaya milli şəhərsalma təcrübəmizi göstərmək istəyirik - Nazir müavini

Siyasət Materials 5 Fevral 2026 11:25 (UTC +04:00)
WUF13 çərçivəsində dünyaya milli şəhərsalma təcrübəmizi göstərmək istəyirik - Nazir müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

May ayında Bakıda keçiriləcək tədbirə (WUF13-ə - red.) həm təşkilati, həm də substantiv hazırlıq davam edir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirilib ki, ilk dəfə həm də format olaraq liderlər sammiti keçiriləcək.

"Ona görə istəyirik ki, forum yüksək səviyyədə təşkil edilsin. Bu şəhərsalma forumu çox mürəkkəb bir formata malikdir. Onun tərkibində bir çox tədbirlər, assambleyalar, sessiyalar və dialoqlar keçirilir. Biz çalışırıq ki, öz milli şəhərsalma təcrübəmizi nümayiş etdirək. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə yeni, innovativ şəhərsalma metodlarından istifadə olunur. Dünyaya həm milli təcrübəni göstərə bilmək, eyni zamanda belə bir imkandan istifadə edərək müasir dünyadakı memarlıq və şəhərsalma məsələləri ilə bağlı müzakirə platforması yaratmaq istəyirik", - deyə nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti