...

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir

Siyasət Materials 9 Fevral 2026 20:29 (UTC +04:00)
Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib:

“Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti