...

Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb (FOTO)

Siyasət Materials 11 Fevral 2026 23:22 (UTC +04:00)
Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri Ukrayna mediasında geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər “Ukrinform” dövlət informasiya agentliyində, “Korrespondent”, “Azadlıq” radiosunun Ukrayna redaksiyası, “Yevropeyska Pravda” və digər nəşrlərdə geniş yer alıb.

Məqalələrdə bildirilir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ilk dəfə ötən ilin avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar zamanı təqdim edilib.

Xəbər lenti

Xəbər lenti