...

PARLAMENT SEÇKİSİNDƏ İŞTİRAK EDƏN 89 NƏFƏRİN NAMİZƏDLİYİ QEYDƏ ALINIB

Siyasət Materials 8 Avqust 2005 19:03 (UTC +04:00)

Avqustun 8-dək dairə seçki komissiyalarına (DSK) müraciət etmiş şəxslərdən 1058 nəfərinə imza vərəqələri verilib. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. İmza vərəqələri götürən şəxslərdən 91-i qadınlardır.

İmza vərəqi götürənlərdən 578 nəfəri bitərəf, 214 nəfəri YAP-çı, 26 nəfər AMİP-çi, 25 nəfəri Ümid Partyiyası, 12 nəfəri AXCP-nin, 10 nəfər Müsavat, 9 nəfər Müasir Müsavat partiyasının nümayəndəsidir. AXCP və Müsavat partiyalarının üzvləri namizədliyini "Azadlıq" blokunun siyahısı üzrə deyil, müsətqil şəkildə irəli sürənlərdir.

119 nəfər siyasi mənsubiyyəti barədə ümumiyyətlə heç bir məlumat verməyib.Onlardan 177 nəfəri imza vərəqlərinin və digər seçki sənədlərini DSK-lara təqdim ediblər. Artıq 89 nəfərin namizədliyi qeydə alınıb. Qeyd edək ki, ölkə üzrə 124 seçki dairəsinin hamısından namizədlər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti