...

AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASI ATƏT-İN TƏKLİFİNƏ ETİRAZ EDİB

Siyasət Materials 9 Sentyabr 2005 18:49 (UTC +04:00)

"Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) ATƏT-ə etiraz edib" Bunu Trend agentliyinə ALDP sədri Fuad Əliyev bildirib.

Partiya sədrinin dediyinə görə, bu qərar sentyabrın 9-da Sədrlər Şurasının toplantısında qəbul edilib: "ATƏT-in Azərbaycan dövlətindən parlament seçkilərinin şəffaf keçirilməsi məqsədilə mürəkkəbdən istifadə etməsi tələbi dövlətimizə olan hörmətsizlikdir".

ALDP sədri ATƏT-in bu tələbinə qəti və kəskin etiraz etdiklərini qeyd edərək: "Əgər mürəkkəbdən istifadə etmək belə məqbulediləndirsə, onda təklifi bizə edənlər bunu öz dövlətlərində tətbiq etsinlər".

F.Əliyev onu da qeyd edib ki, hər seçki öncəsi beynəlxalq təşkilatlar və onların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri yeni-yeni təkliflərlə çıxış edirlər: "Bunlar qəbul edilmədiyi təqdirdə rəsmi Bakının beynəlxalq aləmin təzyiqi ilə hədələyirlər. Buna yol vermək olmaz. Biz müstəqil döbvlətik".

Partiya sədri ATƏT-in belə təkliflə Azərbaycanı təhqir etdiyinə görə təşkilatın Bakı ofisinin rəhbərliyinə etiraz məktubu göndərəcəklərini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti