...

MOSKVADA RUSİYADA VƏ AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİ MÜZAKİRƏ OLUNUR

Siyasət Materials 16 Sentyabr 2005 15:01 (UTC +04:00)

Rusiya Federasiyasının təhsil və elm nazirliyində Rusiyada Azərbaycan günləri çərçivəsində "Rusiyada və Azərbaycanda Dövlət gənclər siyasəti: nailiyyətlər, problemlər və perspektivlər"mövzusunda "dəyirmi masa" keçirilir.

Bu barədə Trend ə AR gənclər, idman və turizm nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətov bildirib.

Onun sözlərinə görə, iştirakçılar arasında RF təhsil və elm nazirinin müavini Andrey Svinarenko, AR gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, müxtəlif gənclər təşkilatlarının nümayəndələri vardır.

"Dəyirmi masa" bu günlərdə Moskvada keçiriləcək Rusiyada Azərbaycan gəncləri günləri çərçivsəində təşkil edilib.

Sentyabrın 17-dək davam edəcək günlər çərçivsəində Rusiya paytaxtında müxtəlif tədbirlər, sərgilər, görüşlər təşkil ediləcək.Azərbaycan öz mədəniyyətini və incəsənətini təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti