Sentyabrın 26-da Müsavat Partiyasının başqanı İsa Qəmbər ABŞ-a səfərə yola düşüb. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib. O, Amerika Enterprayz İnstitutunun təşkil etdiyi "Azərbaycan siyasi forumu" adlı tədbirdə iştirak edəcək. İsa Qəmbər həmin toplantıda məruzə ilə çıxış edəcək, həmçinin səfər zamanı bir sıra dairələrdə müxtəlif görüşlər keçirəcək.
Müsavat Partiyası başqanının həmçinin ABŞ-ın dövlət strukturlarında da görüşləri nəzərdə tutulub. Bundan sonra siyasi təşkilatlarda, elmi-araşdırma mərkəzlərində, kütləvi informasiya vasitələrində görüşləri gözlənilir. Partiya rəhbəri görüşlərində əsasən Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı müzakirələr aparacaq. Səfər qısamüddətlidir.