...

Ehsan Zahidov: "Hər hansı qarşıdurma yaranarsa, məsuliyyət "Azadlıq" blokunun üzərində olacaq"

Siyasət Materials 17 Oktyabr 2005 13:12 (UTC +04:00)

"Oktyabrın 17-də H.Əliyev adına Hava Limanı ətrafında hər hansı qarşıdurma yaranarsa, məsuliyyət "Azadlıq" blokunun üzərində olacaq". Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun planlaşdırdığı qanunsuz aksiyanın qarşısını almaq üçün kifayət qədər polis qüvvəsi cəlb olunub. Strateji obyekt olan Hava Limanında hər hansı aksiya keçirmək ağlasığmazdır və bunun qarşışısı qətiyyətlə alınacaq. "Bununla bağlı "Azadlıq" blokuna xəbərdarlıq da olunub və hər hansı qarşıdurma yaranarsa, məsuliyyət "Azadlıq" blokunun üzərində olacaq, - deyə o qeyd edib.

O ki qaldı R.Quliyevin həbsinə, bu, tam qanuni şəkildə həyata keçiriləcək. "Rəsul Quliyev "Azərneftyağ" Bakı neftayırma zavodunun direktoru işləyərkən istintaqla sübuta yetirilmiş 117 milyon ABŞ dollarından çox maliyyə vəsaitini taladığına, bundan başqa qulluq mənafeyinə zidd olan cinayətlərdə ittiham olunduğuna görə barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib və beynəlxalq axtarışdadır. Təyyarəni tərk edəndən sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun onun həbsinə dair müvafiq sanksiyası təqdim ediləcək və həbsi icra olunacaq" - deyə E.Zahidov bildirib.

Xəbər lenti

Xəbər lenti