...

Azərbaycan prezidenti ikinci çağırış parlamentinin işindən razılığını ifadə edib

Siyasət Materials 2 Dekabr 2005 13:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ikinci çağırış parlamentinin işindən razılığını bildirib. Trend in xəbər verdiyi kimi, bu barədə dövlət başçısı yeni çağırış MM-in birinci iclasında bəyan edib.

O qeyd edib ki, ikinci çağırış parlamenti ölkənin müasir qanunvericilyinin təşəkkülünə təkan vermiş bir çox proqressiv qanunlar təsdiq edib. 6 noyabr paplament seçkilərinə gəldikdə, prezident bildirib ki, ölkə rəhbərliyi seçkilərin demokratik və şəffaf keçirilməsi üçün mümkün olan hər şeyi edib və buna nail olub. Onun sözlərinə görə, seçkiqabağı proseslərdə 2000-dən artıq namizədin iştirak etməsi və KİV-in fəal şəkildə seçkilərin işıqlandırılmasına cəlb olunması buna dəlalət edir. Dövlət başçısı xatırladıb ki, Konstitusiya məhkəməsinin qərarı ilə qanun pozuntularının aşkarlandığı 10 seçki dairəsində səsvermənin nəticələri ləğv olunub, iki dairədə isə nəticələrə yenidən baxılıb. O bildirib ki, yeni qanun pozuntusu faktlarının aşkar olunduğu təqdirdə müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti