...

Azərbaycanın xarici işlər naziri ATƏT-in iclasında iştirak edəcək

Siyasət Materials 3 Dekabr 2005 13:28 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv dövlətlərin XİN başçıları Şurasının iclasında iştirak etmək üçün dekabrın 4-də Lyublyanaya (Sloveniya) yola düşəcək. Bu barədə Trend ə XİN-nin mətbuat mərkəzindən bildirilib.

Təşkilatın inkişaf perspektivləri ilə bağlı məsələlərin müzakirəyə çıxarılacağı iclas dekabrın 5-6-na nəzərdə tutulub. Forum zamanı Lyublyanada Baltik və Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirlərinin 3+3 formatda görüşü planlaşdırılır. Forumda hər iki region arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Həmçinin, E.Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti