...

Azərbaycan DİN-in şöbə rəisinin ölümü ilə bağlı cinayət işinə xitam verilib

Siyasət Materials 12 Dekabr 2005 14:43 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokurorluğu DİN Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi Məzahir Əliyevin ölümü ilə bağlı cinayət işinə xitam verib. Baş Prokurorluğdan Trend ə verilən məlumata görə, ölüm faktı ilə bağlı aparılan istintaq nəticəsində müəyyən olunub ki, M. Əliyevin ölümündə cinayət tərkibi yoxdur və bu səbəblə 30 noyabr 2005-ci il tarixində cinayət işinin icraatına xitam verilib.

Qeyd edək ki, kütləvi-informasiya vasitələrində dərc olunan məqalələrdə M. Əliyevin ölümünün səbəbi barədə müxtəlif fərziyələr, o cümlədən ölümün əsas səbəblərindən birinin onun peşə fəaliyyəti ilə əlaqəli olması fərziyyəsi irəli sürülmüşdü. Lakin istintaq zamanı bu fərziyyələr öz təstiqini tapmayıb.

Xatırladaq ki, 31 avqust 2005-ci il tarixində saat 10.15-də Nərimanov rayon polis idarəsinin 16-ci polis bölməsinə Məzahir Əliyevin meyitinin Bakı şəhəri F. Xoyski küçəsi, ev 79 mənzil 56-da aşkar edilməsi barədə məlumat daxil olmuşdu. Meyit daxili müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi ekspertiza Birliyinin Nərimanov rayon şöbəsinə göndərilmişdi.

Hadisə yerində 3 ədəd tamlığı pozulmamış və bir ədə istifadə edilmiş patronlar olan "Vinçester" tipli tüfəng və döşəmədə iki ədəd patron aşkar edilmişdi. Həmin iüfəng və patronlar məhəkəmə-tibbi ekspertizasına təqdim olunmuşdu.

Bundan başqna hadisə yernində M. Əliyev tərəfindən ailəsinə yazılmış məktub edilmişdi. Məktubdan aydın olurdu ki, M. Əliyev peş əvə maliyyə məsələləri ilə bağlı, həmçinin ailədə hər-hansı bir problemləri olmamış, gələcəkdə əsəb xəstəliyi olarsa ailə üzvlərinə əziyyət verəcəyini düşünərək özüunü intihar etmişdi.

Həmin faktla bağlı 31 avqust tarixində Baş prokurorluq tərəfindən CM-nin özünün öldürmə həddinə çatdırmaya görə məsuliyyət nəzərdə tutan 125-ci maddəsinə görə cinayət işi başlanmışdı.

Xəbər lenti

Xəbər lenti