...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 17 dekabr aksiyası ilə bağlı müraciətinə hələ cavab verməyib

Siyasət Materials 13 Dekabr 2005 15:43 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun dekabrın 17-də keçirmək istədiyi yürüş-mitinqi ilə bağlı müraciətinə hələ ki cavab verməyib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Qeyd edək ki, müxalifətçilər dekabrın 17-də növbəti aksiyalarını keçirilmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət ediblər. Müraciətdə bildirilib ki, dekabrın 17-də saat 15.00-dan 17.00-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçiriləcək. Aksiyada "azad seçki", "Qarabağı qaytaraq", "Elmar Hüseynovun qatilləri tapılsın" və digər tələblərlə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti