...

Naxçıvanın yolları təmir olunur

Siyasət Materials 13 Dekabr 2005 18:28 (UTC +04:00)

Naxçıvanın "Avtoyol" dövlət şirkəti 11 ay ərzində 13 milyard 483 milyon manatlıq iş görüb. Bu vəsait əsaslı, orta təmir və yolların saxlanılması işinə səpf edilib. Şirkət bu il ümumi uzunluğu 52 poqonometr olan 4 yeni körpüdə əsaslı təmir işləri aparıb. Körpülər Təzəkənd, Ordubad rayonunun Düyülüd kəndində, Babək rayonunun Qahab kəndində, Şaxbuz rayonunun Kükü kəndində tikilib.

Naxçıvan şəhər küçələrində uzunluğu 8,6 km məsafədə qızmar asfalt örtük əsaslı təmir olunub. Muxtar Respulika üzrə isə ümumi uzunluğu 31,3 km soyuq asfalt örtük qoyulub. 11 ay ərzində 80 obyektdə iş götürülüb, 6 məktəb və 12 ədəd inzibati bina ətrafında abadlıq işləri görülüb. Bu il dövlət tərindən şirkətə yeni texnika - "TAPRA" marka l20 ton yükqaldırma qabiliyyətinə malik iki yük maşını, 1 ədəd isə azpoqreyter maşını verilib. Şirkətin istehsalat şöbəsinin rəisi Talıb Babayev Trend ə onu da bildirdi ki, üzərilərinə düşən işi dövlətin qayğısı nəticəsində lazımınca və vaxtında yerinə yetiriblər.

Xəbər lenti

Xəbər lenti