...

Rauf Arifoğlu əlavə seçkilərə qatılmaqla bağlı Müsavat Partiyasının qərarını gözləyir

Siyasət Materials 15 Dekabr 2005 12:45 (UTC +04:00)

"Müsavat Partiyası əlavə seçkilərdə iştiak etməklə bağlı qərar verərsə, o zaman seçkilərə qatılacam". Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Rauf Arifoğlu bildirib.

Qeyd edək ki, R.Arifoğlu namizədliyini 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən irəli sürmək fikrindədir.

Sədrin müavini bildirib ki, hələlik "Azadlıq" seçki blokunun əlavə seçkilərdə iştirak edib- etməyəcəyi ilə bağlı qəti qərarı yoxdur: "Müsavat Partiyası da bu məsələdə qərar verməyib. Əgər təmsil olunduğum partiya əlavə seçkilərə qatılmamaqla bağlı qərar verərsə, buna hörmətlə yanaşacam".

Xəbər lenti

Xəbər lenti