...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına ürəkdən inanırlar

Siyasət Materials 17 Dekabr 2005 12:20 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanacağına ürəkdən inanırlar

Biz 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə razılaşmanın imzalanacağına ürəkdən inanırıq. Trend in məlumatına görə, belə bir bəyanatla dekabrın 16-da ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Bakıda mətbuat konfransında bəyan edib.

"Həmsədrlər yalnız vastitəçidirlər və danışıqlar prosesində əsas rol Ermənistan və Azərbaycana məxsusdur. Danışıqlar prosesinin gedişi barədə daha konkret suallarla danışıqları aparan tərəflərə müraciət etmək lazımdır",-deyən Y. Merzlyakov tərəflərin öz mülahizələrində daha təmkinli olmalarını etiraf edib. Onun sözlərinə görə, "tərəflərin döyüş ruhlu bəyanatlarla çıxış etməsələr, eləcə də atəşkəs rejiminə riayət olunarsa" həmsədrlərə fəaliyyət göstərmək daha asan olar. Diplomat hesab edir ki, belə bəyanatların bir hissəsi "daxili siyasi məqsədlərə xidmət edir".

"Həmsədrlərdəki ruh yüksəkliyi üçün səbəb var və biz 2006-cı ildə yekun razılaşmanın imzalanması üçün konkret bazanın yaradılacağını düşünürük", -deyə rusiyalı həmsədr bildirib və Bakıya 1998-ci ildən bəri Azərbaycanda olmayana Yüksək Səviyyəli Qrupun 6 zabitinin Bakıya gəlməsi də "müyəyyən nikbin nəticəyə" gəlməyə əsas verdiyini qeyd edib.

Dağlıq Qarabağın erməni icması nümayəndələrinin danışıqlar prosesində iştirakına toxunan Y. Merzlyakov qeyd edib ki, "bu addım yalnız tərəflərin münaqişənin nizamlanması prinsipləri barədə öz aralarında razılıq əldə etməsindən sonra real ola bilər".

Öz növbəsində, Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənn qeyd edib ki, tərəflərdən heç biri "bütün arzuladıqlarını əldə edə bilməz" və ATƏT-in Minsk Qrupunun "tərəflərin mövqeyindəki fərqlərin azalması istiqamətində yaxınlaşmanı" alqışladığını qeyd edib. "Dağlıq Qarabağ münaqişəsi ya bir il, ya da yüz il ərzində nizamlanması mümkündür", -deyən S. Mənn ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımının minimal olduğunu və humanitar xarakter daşıdığını" qeyd edib.

Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye Fransanın hansısa şəhərinin bələdiyyə rəhbərliyinin Dağlıq Qarabağın yaşayış məntəqələri ilə qardaşlaşması barədə bəyanatları "cəfəngiyyat" adlandırıb. "Fransada 38 min bələdiyyə var və onlardan heç birinə siyasi bəyanatlarla çıxış etmək hüququ verilməyib. Belə bəyanatlar sadəcə olaraq cəfəngiyyatdır", -deyə sonda fransalı həmsədr bildirib.

Xəbər lenti

Xəbər lenti