...

Rusiyada Azərbaycan ilinin bağlanma mərasimi dekabrın 26-na nəzərdə tutulub

Siyasət Materials 19 Dekabr 2005 12:32 (UTC +04:00)

Rusiyada Azərbaycan ilinin təntənəli bağlanma mərasimi dekabrın 26-na nəzərdə tutulub. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Mustafa Kərimov məlumat verib.

Onun sözlərinə görə, təntənəli tədbir Böyük teatrda keçiriləcək. Mərasimdə Rusiyanı ölkə hökumətinin sədri Mixail Fradkov təmsil edəcək. Təntənəli axşama Rusiyanın hökumət nümayəndələri, ziyalılar və siyasətçilər, həmçinin, ictimaiyyət nümayəndələri də dəvət olunub.

"Böyük teatrın səhnəsində Azərbaycanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə konsert keçiriləcək. Bu məqsədlə Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Abbas Abbasovun rəhbərlik etdiyi hökumət üzvləri və incəsənət ustalarından ibarət nümayəndə heyəti Moskvaya gələcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti