...

Köhnə hərəkatçılar birləşmək üçün format fikirləşir

Siyasət Materials 21 Dekabr 2005 16:07 (UTC +04:00)

"Yanvarın 15-nə qədər milli azadlıq hərəkatının iştirakçılarının birgə toplantısını keçirmək qərarına gəlmişik". Bu barədə Trend ə Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev bildirib.

O qeyd edib ki, hərəkatda fəal iştirak edən qüvvələr arasında bu istiqamətdə danışıqlar aparılır: "Bu təşəbbüs konkret olaraq heç kimdən gəlməyib. Sadəcə olaraq hərəkatçıların bir-birləri ilə görüşlərində qərara alınıb ki, gələcəkdə əməkdaşlıqlarının formatını müəyyənləşdirmək üçün konfrans keçirsinlər".

MDH lideri bu sıraya Nəsir Ağayev, qazaxlı Alik, Sabir Rüstəmxanlı, Firudin Cəlilov və başqalarının daxil olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti