...

AŞPA-nın qış sessiyasında Ermənistanda keçirilmiş referendum və Çeçenistanda keçirilmiş parlament seçkiləri müzakirə olunacaq

Siyasət Materials 29 Dekabr 2005 17:52 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında totalitar kommunist rejimlərinin cinayətləri, Avropa və faşizm, Avropada miqrasiya və imiqrasiya məsələləri müzakirə ediləcək". Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, müzakirə olunan bu və ya digər məsələlərlə bağlı Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirəcək.

Millət vəkili, həmçinin, qeyd edib ki, Ermənistanda keçirilmiş referendum və Çeçenistanda keçirilmiş parlament seçkilərinin nəticələri də müzakirə ediləcək: "Azərbaycan nümayəndə heyəti hər bir məsələdə ədalətli mövqe nümayiş etdirib. Məsələn, biz bilirik ki, Ermənistanda nə baş verib. Görsək ki, bu məsələdə ikili yanaşma mövcuddur, onda öz sözümüzü deyəcəyik", - deyə S.Səmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti