...

Sergey İvanov: Beş Xəzəryanı dövlət "Bleksifor" kimi birləşmiş güc strukturu yarada bilər

Siyasət Materials 24 Yanvar 2006 13:15 (UTC +04:00)

Rusiya hökumətində baş nazirin müavini, müdafiə naziri Sergey İvanov beş Xəzəryanı dövlətin kütləvi qırğın silahının yayılmasının, digər təhdid və hədələrin qarşısının alınması məqsədilə regionda birləşmiş güc strukturunun yarada bilməsinin mümkünlüyünü bəyan edib. Bu barədə Trend məlumat yayıb.

"Xəzərdə Qara dənizdəki "Bleksifor"a bənzər nəsə yaratmaq mümkündür", - deyə S.İvanov jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, bu mövzunu bazar ertəsindən etibarən Azərbaycana başlayan rəsmi səfəri gedişində müzakirə edəcək.

S. İvanovun sözlərinə görə, "bu, Müdafiə Nazirliyi ilə yanaşı Xəzərdə olan real hədələrə və təhdidlərə qarşı birgə mübarizə aparan sərhədçilər və xüsusi xidmətin də iştirak edəcəyi birləşmiş qüvvələr olacaq ".

Nazirin sözlərinə görə, belə qüvvələr "Xəzəryanı dövlətlərin kütləvi qırğın silahlarının yayılması, brokonyerliklə mübarizə, enerji ehtiyatlarının təhlükəsiz çatdırılması ilə bağlı səylərinin sinxronlaşdırılması üçün lazımdır". Məlumatı İnterfaks agentliyi yayıb.

Xəbər lenti

Xəbər lenti