...

Rafael Hüseynov: "AŞ PA-nın qış sessiyasında Azərbaycanla bağlı hər hansı ciddi "məsələ" yaranmayıb"

Siyasət Materials 27 Yanvar 2006 16:52 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanla bağlı hər hansı ciddi "məsələ" yaranmayıb". Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin üzvü Rafael Hüseynov cümə günü başa çatan sessiyanın yekunlarını Trend ə belə şərh edib.

Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərin sessiyanın ilkin gündəliyinə daxil edilməməsinə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin üzvləri "respublikadakı vəziyyəti həm alt komitələr səviyyəsində, həm də sessiya zamanı hərtərəfli işıqlandırmağa çalışıb".

R.Hüseynovun qeyd etdiyi kimi, azərbaycanlı parlamentarilər gələcəkdə AŞ-nin sənədlərinə daxil ediləcək və heç də az əhəmiyyət kəsb etməyən bir sıra sənədlər hazırlayıb.

Deputat sonda bildirib ki, sessiya zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə baxılmayıb.

Xəbər lenti

Xəbər lenti