...

Sabir Rüstəmxanlı: "Yarımçıq formalaşdırılmış MSK ilə təkrar seçki keçirmək düzgün deyil"

Siyasət Materials 21 Fevral 2006 13:08 (UTC +04:00)

"Yarımçıq formalaşdırılmış Mərkəzi Seçki Komissiyası ilə təkrar seçkiləri keçirmək düzgün deyil. Bir sıra müxalifətçilərin MSK-da öz yerini tutmamış dairə seçki komissiyalarının formalaşdırılılması da təkrar seçkidə iştirakı çətinləşdirir". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O, qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilərə qədər tam formalaşdırılmalı idi. S.Rüstəmxanlının fikrincə, yarımçıq tərkibli komissiyalarla seçki keçirmək həm də qanunsuzluqdur. VHP sədri hesab edir ki, təkrar parlament seçkisində hansısa partiyaların qalib gəlməsi ehtimalını nəzərə alaraq heç olmasa bir yer boş saxlanıla bilərdi. Amma 4 yeri boş saxlamaq MSK-nın tərkibini yarımçıq edir və qanuna da uyğun gəlmir.

Sabir Rüstəmxanlı onu da deyib ki, VHP MSK-ya öz nümayəndəsini göndərib, lakin qurumun iclasında bu məsələyə baxılmayıb. VHP-nin MSK-ya nümayəndəsinin təyin olunması təkrar seçkidən sonraya saxlanılıb.

Xəbər lenti

Xəbər lenti